"Heç olmasa, bir futbolçunun oyundan əvvəl 3 saat yolda qalmasını istəmirəm"

3 Dekabr 2022 01:30 Dünya futbolu 389
"Heç olmasa, bir futbolçunun oyundan əvvəl 3 saat yolda qalmasını istəmirəm"

FİFA-nın İntizam Komitəsi Seneqal Futbol Federasiyasını cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

FİFA-nın belə qərar qəbul etməsinə səbəb Seneqal millisinin media ilə bağlı reqlamentin müddəalarını pozması olub.

Qanun pozuntusu Seneqal millisinin oyunçusunun DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Ekvadorla oyundan (2:1) əvvəl keçirilən mətbuat konfransında iştirak etməməsi ilə əlaqədardır.

Komandanın baş məşqçisi Aliou Sisse mətbuat konfransında futbolçuların iştirak etməməsini belə izah edib: "Heç olmasa, bir futbolçunun oyundan əvvəl 3 saat yolda qalmasını istəmirəm".

Buna görə də Seneqal Futbol Federasiyası 10 min İsveçrə frankı (10 min 162 avro) məbləğində cərimələnib.

Qrup mərhələsinin yekunlarına görə, Seneqal millisi 6 xal toplayaraq 1/8 finala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!