Türkiyə klubu pley-offa vəsiqə qazandı - Konfrans Liqasında NƏTİCƏLƏR

28 Oktyabr 2022 01:20 Dünya futbolu 780
Türkiyə klubu pley-offa vəsiqə qazandı - Konfrans Liqasında NƏTİCƏLƏR

Bu gün Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 8 qrupda baş tutan 16 matçdan sonra növbəti mərhələyə yüksələn komandaların adlarına aydınlıq gəlib.

"Vest Hem" (İngiltərə) öz meydanında "Silkeborq"a (Danimarka) qalib gələrək son tur öncəsi qrup liderliyini təmin edib.

"Dnepr-1" (Ukrayna) isə "Apollon"u (Limassol, Kipr) yenərək adını pley-offa yazdırıb.

"Sivasspor" (Türkiyə) ÇFR-ə (Rumıniya) qalib gələrək növbəti mərhələ tapşırığının öhdəsindən gəlib.

27 oktyabr

A qrupu

20:45. "Fiorentina" (İtaliya) - "Başakşehir" (Türkiyə) - 2:1

23:00. "Harts" (Şotlandiya) - RFŞ (Latviya) – 2:1

Xal durumu: "Başakşehir" - 10, "Fiorentina" - 10, "Harts" - 6, RFŞ - 2

B qrupu

20:45. "Anderlext" (Belçika) - "Styaua" (Rumıniya) - 2:2

23:00. "Vest Hem" (İngiltərə) - "Silkeborq" (Danimarka) – 1:0

Xal durumu: "Vest Hem" - 15, "Silkeborq" - 6, "Anderlext" – 5, "Styaua" - 2

C qrupu

20:45. "Vilyarreal" (İspaniya) - "Hapoel" (Ber-Şeva, İsrail) - 2:2

20:45. "Austriya" (Vyana, Avstriya) - "Lex" (Polşa) - 1:1

Xal durumu: "Vilyarreal" - 13, "Lex" - 6, "Hapoel" - 4, "Austriya" - 2

D qrupu

20:45. "Slovaçko" (Çexiya) - "Köln" (Almaniya) (Təxirə salınıb)

20:45. "Nitsa" (Fransa) - "Partizan" (Serbiya) - 2:1

Xal durumu: "Nitsa" - 8 (5 oyuna), "Partizan" - 8 (5 oyuna), "Köln" - 4, "Slovaçko" - 4

E qrupu

20:45. "Vaduts" (Lixtenşteyn) - "AZ Alkmaar" (Niderland) - 1:2

23:00. "Dnepr-1" (Ukrayna) - "Apollon" (Limassol, Kipr) – 1:0

Xal durumu: "AZ Alkmaar" - 12, "Dnepr-1" - 10, "Apollon" - 4, "Vaduts" - 2

F qrupu

23:00. "Molde" (Norveç) - "Yurqorden" (İsveç) – 2:3

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Gent" (Belçika) – 1:1

Xal durumu: "Yurqorden" - 13, "Molde" - 7, "Gent" - 5, "Şemrok Rovers" - 2

G qrupu

23:00. "Balkani" (Kosovo) - "Slaviya" (Praqa, Çexiya) – 0:1

23:00. "Sivasspor" (Türkiyə) - ÇFR (Rumıniya) – 3:0

Xal durumu: "Sivasspor" - 10, ÇFR - 7, "Slaviya" - 7, "Balkani" - 4

H qrupu

23:00. "Bazel" (İsveçrə) - "Jalgiris" (Litva) – 2:2

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Pünik" (Ermənistan) – 2:1

Xal durumu: "Bazel" - 8, "Slovan" - 8, "Pünik" - 6, "Jalgiris" - 5

Digər Xəbərlər
Xəbər Lenti