Millimizin sabiq çalışdırıcısı postundan qovuldu

2 İyul 2022 22:40 Dünya futbolu 1 527
Millimizin sabiq çalışdırıcısı postundan qovuldu

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki "Olimpiya" (Lyublyana) klubundan istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin qovulmasının səbəbi klubun dəyərlərinə və fəlsəfəsinə hörmət etməməsi göstərilir. 53 yaşlı mütəxəssisin komandanın təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oyunları oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı bildirilir.

Qeyd edək ki, Robert Prosineçki 3 ay əvvəl "Olimpiya"nın baş məşqçisi postuna təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"