“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

19 İyun 2022 00:00 Dünya futbolu 838
“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

Niderland millisinin sabiq hücumçusu Marko van Basten Lionel Messi (PSJ) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, iki oyunçunun müqayisə edərkən deyib:

"Kriştiano Ronaldo böyük oyunçudur. Lakin onun Messidən üstün olduğunu söyləyənlərin futboldan anlayışı yoxdur və ya bunu pis niyyətlə deyirlər.

Messi unikaldır. Onu təqlid və təkrar etmək olmaz. Messi kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq ikən o, futbol dahisinin qazanına düşüb”.

Xatırladaq ki, bundan əvvəl van Basten öz versiyasına əsasən Ronaldo və Messini bütün zamanların ən yaxşı üç futbolçusu sırasına daxil etməmişdi.

O, Pele, Dieqo Maradona və Yohan Kroyffu fərqləndirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"