Mbappe Fransanı Millətlər Liqasının çempionu etdi - VİDEO

11 Oktyabr 2021 00:42 Dünya futbolu 827
Mbappe Fransanı Millətlər Liqasının çempionu etdi - VİDEO

UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib 2019-cu ildə Portuqaliya olub.

3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"