Göz yaşları ilə meydanı tərk etdi, amma...

28 Sentyabr 2021 22:00 Dünya futbolu 645
Göz yaşları ilə meydanı tərk etdi, amma...

“Yuventus”un futbolçusu Paulo Dibala zədəli olmasına baxmayaraq, Argentina millisinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının saytı məlumat yayıb.

27 yaşlı hücumçunun adı millinin oktyabr ayında DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Dibala A seriyasının 6-cı turunda “Sampdoriya” ilə matçda (3:2) zədələnib və meydanı göz yaşları ilə tərk edib.

Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"