Messi fərqləndi, Argentina yarımfinala vəsiqə qazandı - VİDEO

4 İyul 2021 12:20 Dünya futbolu 1 498
Messi fərqləndi, Argentina yarımfinala vəsiqə qazandı - VİDEO

Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, finala gedən yolda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.

Qeyd edək ki, bu gecə keçirilmiş 1/4 final matçlarında Kolumbiya yığması Uruqvayı əsas və əlavə vaxtı qolsuz bitən matçda penaltilər seriyasında üstələyib - 4:2.

Argentina Ekvadoru Rodriqo De Paulun 40-cı, Lautaro Martinesin 84-cü və Lionel Messinin 90+3-cü dəqiqədə vurduğu qollarla mübarizədən kənarlaşdırıb.

Daha əvvəl Braziliya Çilini 1:0, Peru isə Paraqvayı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşmış qarşılaşmada penaltilərlə yenib - 4:3.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"