Qvardiola “Bavariya” və “Liverpul”u fərqləndirdi

3 Mart 2021 00:28 Dünya futbolu 411
Qvardiola “Bavariya” və “Liverpul”u fərqləndirdi

“Mançester Siti”"nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, Avropanın ən yaxşı komandasının “Bavariya” olduğunu deyib:

“Nəticələrimizdən razıyıq, bunu inkar edə bilmərik. Daha əvvəl heç bir komanda bütün turnirlərdə ardıcıl 20 qələbə qazana bilməyibsə, deməli, bunu etmək çətin işdir.

Lakin əsas olan sonda kuboku qazanmaqdır. Qarşıda görməli olduğumuz çox iş var və daha da yaxşı olacağıq.

Düşünürəm ki, Avropanın ən yaxşı komandası “Bavariya”dır. Almanlar ötən il bütün titulları qazanmağı bacarıblar. İngiltərədə isə “Liverpul” Premyer Liqanın son çempionu olduğu üçün ən yaxşıdır”.

“Mançester Siti” hazırda Premyer Liqada 62 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"