Tanınmış keçmiş futbolçu milliyə baş məşqçi təyin olundu

15 Fevral 2021 21:40 Dünya futbolu 713
Tanınmış keçmiş futbolçu milliyə baş məşqçi təyin olundu

Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan yığmasının baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.

44 yaşlı mütəxəssisin təyinatı bu gün təsdiqlənib.

Veteran müdafiəçi yeni vəzifəsində bu il martın 25-də debüt edəcək. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsində İsveçlə qarşılaşacaq.

Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

2001-ci ildə Almaniya "Bavariya"sının heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Villi Sanyol Bundesliqada 5 dəfə çempionluq sevinci yaşayıb.

O, həmçinin Fransa millisi ilə 2006-cı ildəki dünya çempionatının gümüş medalçısı olub. Sanyol 2014 - 2016-cı illərdə ölkəsinin "Bordo" klubuna başçılıq edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"