Emin Mahmudova sual verdilər, maraqlı müqayisə etdi

20 İyul 2023 00:30 Neftçi 858
Emin Mahmudova sual verdilər, maraqlı müqayisə etdi

"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqası ilə Rusiya Premyer Liqasının səviyyəsini müqayisə edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi "Matç TV"yə açıqlamasında deyib:

"Əvvəl Rusiya Premyer Liqası yüz faiz xeyli yüksəkdə idi. Amma indi çempionatımızda gərgin mübarizə var.

Rusiya çempionatı komandalarının səviyyəsinə və yaxşı infrastrukturuna görə cəlbedici olaraq qalır. Azərbaycan futbolunun səviyyəsi yüksəlişdədir, ildən-ilə inkişaf edir”.

"Neftçi" yoxlama oyununda Moskva "Spartak"ına 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti