Mahirdən gözəl oyun, əla qol ötürməsi və... VİDEO+FOTOLAR

15 İyul 2021 12:40 Bizimkilər 1 747
Mahirdən gözəl oyun, əla qol ötürməsi və... VİDEO+FOTOLAR

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" doğma meydanda Norveçdən "Budo Qlimt"u qəbul edib.

Qarşılaşma Polşa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli matçın 40-cı dəqiqəsində gözəl qol ötürməsi ilə yadda qalıb.

"Legiya" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Estoniyadan "Flora" ilə qarşılaşacaq.

"Legiya" (Polşa) - "Budyo Qlimt" (Norveç) - 2:0
Qollar
: Luquinas, 40, Pekhart, 90+5
İlk oyun - 3:2

Digər Xəbərlər
Xəbər Lenti