Dövlət Komitəsi “Bakı”nın sökülən bazasında bina tikməyə icazə vermir

20 Sentyabr 2020 09:40 Azərbaycan Futbolu 742
Dövlət Komitəsi “Bakı”nın sökülən bazasında bina tikməyə icazə vermir

Hafiz Məmmədova məxsus “Bakı”FK-nın Biləcəri qəsəbəsində yerləşən bazasının sökülməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Türkiyəli iş adamına məxsus olduğu deyilən “Delfin” MMC ötən ilin sonlarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib və stadionun sökülməsinə qərar verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb.

Artıq bu proses başa çatıb. Onunla yanaşı, keçmiş təlim-məşq bazası tamamilə sökülüb və beləliklə, paytaxtın ən böyük futbol infrastrukturunun profili dəyişib.

Yeni məlumat isə odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bazanın yerində yaşayış massivinin salınmasına razılıq verməyib. Tikinti yalnız ətraf ərazidə apara bilər. Odur ki, idman kompleksinin gələcək taleyi qeyri-müəyyənlik içindədir.

Bir müddət əvvəl dövlət qurumun mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bu barədə demişdi: “Həmin ərazi xüsusi mülkiyyətdir və tikintiyə icazə icraatının başlanğıcı olaraq Komitəyə müraciət olunub.

Artıq şəhərsalma əsaslandırılması təsdiq edilib. Lakin tikintiyə icazə sənədi hələ ki verilmədiyi üçün söküntü işləri dayandırılıb. Hazırda icazə üçün sənədləşmə işləri aparılır”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti