Taleh Yüzbəyov futbolumuz haqda: "8 klubla çempionat olmaz" - VİDEO

19 Sentyabr 2020 23:20 Azərbaycan Futbolu 890
Taleh Yüzbəyov futbolumuz haqda: "8 klubla çempionat olmaz" - VİDEO

"Azətbaycan Premyer Liqasında 8 klub var. Onunla çempionat olmaz.

Normal ölkələrdə iki derbi olur, bizdə isə hər həftə derbidir. Bunun səbəbi futbola yatırımın olmamasıdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri azxebersport-a açıqlamasında tanınmış aktyor, Avro-2020-nin ulduz siması seçilən Taleh Yüzbəyov deyib.

O AFFA-nı qınamağın da əleyhinə olduğunu deyib: "Biz hamımız AFFA-nı qınayırıq. Bir dəfə AFFA-nın nümayəndəsinə də bu haqda dedim.

O cavabında dedi ki, biz bütün klubları maliyyələşdirə bilmərik. O qədər gücümüz yoxdur. Bu biznesmenlərdən aslıdır. Onlar klublara yatırım etməlidirlər.

Roman Abromoviç gedib "Çelsi"ni aldı, pul buraxdı. Bizdə stadionlar tikilməlidir. Buna görə də həm AFFA-nın, həm də biznesmenlərin birgə işi olmaldır, onlar futbola maraq göstərməlidirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"