Qurbanovun vurduğu qol “Samtrediya”nı qurtarmadı - VİDEO

14 Sentyabr 2020 10:10 Azərbaycan Futbolu 511
Qurbanovun vurduğu qol “Samtrediya”nı qurtarmadı - VİDEO

Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub.

Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı. 11 turdan sonra hesabında 9 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"