Mübariz Mənsimov və qardaşı əmlaklarını dəyər-dəyməzinə satır

10 İyul 2020 17:10 Azərbaycan Futbolu 3 404
Mübariz Mənsimov və qardaşı əmlaklarını dəyər-dəyməzinə satır

«Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov həyatının ən çətin günlərini yaşayır.

Martın 15-də həbs olunan tanınmış iş adamı bir müddət əvvəl Azəröaycandakı daşınmaz əmlakının bir hissəsini satıb.

Onun uzun illər klubun ixtiyarına verdiyi və şəhərin mərkəzi hissəsində yerləşən 2 ofis artıq başqa istifadəçilərin sərəncamındadır. «Milyonçular məhəlləsi» kimi tanınan keçmiş Teymüur Əliyev küçəsində və İçərişəhərdə yerləşən binalardan biri xəstəxanaya çevrilibsə, digəri başqa şirkətə veprilib.

Amma ailə bununla kifayətlənməyib. Mübariz Mənsimov özünün və yaxın qohumlarının adına aldığı bir neçə villanı, bağ evini, ticarət obyektini satışa çıxarıb.

Onun qardaşı, kluba prezident təyin etdiyi Mais Mənsimov da hazırda maliyyə cəhətdən korluq çəkir. Belə ki, o, şəxsi avtomobil kolleksiyasına daxil olan bahalı maşınları, həmçinin yeni tikilən binalardakı mənzillərini real qiymətindən bir neçə dəfə aşağı məbləğə satıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!