Futbol adamlarına işə çıxmaq icazəsi verilmədi

6 İyul 2020 16:52 Azərbaycan Futbolu 675
Futbol adamlarına işə çıxmaq icazəsi verilmədi

Xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazə alınması qaydasında yenilik edilib.

İqtisadiyyat Nazirliyindən Sportinfo.az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

İcazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalasınız. (fəaliyyət sahələri və kodları əlavə olunur).

AFFA, PFL və klub nümayəndələrinə işə çıxmaa icazə verilməyib. 5 iyul tarixində onların işə çıxmaq icazəsi vardısa, artıq bu gündən qaydalar dəyişib.

Karantinin yeni mərhələsində icazənin yenilənməsinə gərək varmış. Qurumlar bunun üçün müraciət ediblər, lakin onlara icazə verilməyib. İyul ayının 5-indən 20-sinə kimi ölkəmizdə futbola aid qurumlar fəaliyyət göstərməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!