Xocalıya ədalət istəyən futbol fanatları olan komanda - VİDEO

26 İyun 2020 10:24 Azərbaycan Futbolu 586
Xocalıya ədalət istəyən futbol fanatları olan komanda  - VİDEO

“Traktor” çılğın azarkeşləri sayəsində tək İranda deyil, Azərbaycanda və Türkiyədə də yaxşı tanınır.

Sportinfo.az xəbər verir ki, 1970-ci ildə yaranan klub adını sponsoru, Təbrizin ən böyük zavodlarından biri olan Traktordan alıb.

2010-cu ildə 482 min rəsmi azarkeşi olub. Təsadüfi deyil ki, “Traktor” hər mövsümdə ən çox tamaşaçıya sahib olan komanda seçilir. Hər dəfə stadionun, demək olar ki, yarısını dolduran soydaşlarımız yalnız qatı futbol azarkeşi deyil, bir o qədər də vətən aşiqidirlər.

Buna görə cənubi azərbaycanlı soydaşlarımız “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlarla çıxış edirlər.

Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkü olan Təbrizdə deyil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərində bu komandanın minlərlə azarkeşi var.

Stadion onlar üçün futbol izləməkdən əlavə, haqq səslərini duyurmaq üçün bir məkandır. Komanda azarkeşləri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini buradan səsləndirirlər.

2010-cu il mövsümündə Urmiya gölünün qurumasına etiraz kimi “Urmu gölü səslənir, susuzam, haray, haray” şüarını səsləndirmişdilər.

Azərbaycan dilində məktəblərin olmaması probleminə diqqət çəkmək üçün isə tez-tez “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndirirlər.

Eyni zamanda, Qarabağ probleminə dair, erməni işğalına qarşı "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarları da stadionlardan eşitmək olur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!