Biri lazımdır, biri yox - FOTO

3 İyun 2020 10:10 Azərbaycan Futbolu 719
Biri lazımdır, biri yox - FOTO

Çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0. Fərid də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Nəbiyev 34-cü dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 35 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"