Azərbaycanlı futbolçunu özünü çox pis apardığı üçün…

27 May 2020 23:40 Azərbaycan Futbolu 415
Azərbaycanlı futbolçunu özünü çox pis apardığı üçün…

“Spartak” yarımmüdafiəçi Ayaz Quliyevi təlim-məşq toplanışındakı yersiz davranışlarına görə, əsas heyətdən kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, o, bundan sonra üçüncü divizionda çıxış edən ikinci komandada oynayacaq.

Buna səbəb Tarasovkada fiziki hazırlıq məşqçisi tərəfindən aparılmış təlim-məşq toplanışında Azərbaycan əsilli futbolçunun nalayiq davranışı olub.

A.Quliyevin adı ötən il də qalmaqalda hallanmışdı. Həmin vaxt o, avtomobili ilə qırmızı işıqda keçərək, qəza şəraiti yaradıb. İdmançı hadisə yerində olan ABŞ vətəndaşından davranışına görə üzr istəmək əvəzinə, onu döyüb.

Sonradan o, zərərçəkənə 150 000 rubl (3 587 AZN) ödəmişdi. Klub həmin vaxt oyunçunu beş milyon rubl (119 592 AZN) cərimələyərək, bir neçə günlük dubla yollamışdı.

Digər Xəbərlər
Xəbər Lenti