Mübariz Mənsimov üçün bu dəfə Aygün Kazımova NƏLƏR DEDİ…

3 Aprel 2020 12:30 Azərbaycan Futbolu 7 317
Mübariz Mənsimov üçün bu dəfə Aygün Kazımova NƏLƏR DEDİ…

Aygün Kazımova martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən “Xəzər Lənkəran“ın prezidenti Mübariz Mənsimov barədə yazıb.

Sportinfo.az xəbər verir ki, xalq artisti fikirlərini “instaqram“ səhifəsində bildirib:

“Əziz həmvətənlərim! Məlum olduğu kimi, saysız-hesabsız insanlara dəstək olmuş dəyərli Mübariz Mənsimov bu gün çətin günlər yaşamaqdadır.

Vətəninə bağlı, dövlətinə sadiq, gözəl ailə başçısı, layiqli övlad, güvənli bir dost olan Mübariz qardaşımı yaxından tanıdığım üçün bu sınaqdan da üzüağ çıxacağına ilk gündən əminliyim olub.

Lakin keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində nasazlıq yarandığını öyrəndiyimdən bəri özümə gələ bilmirəm. Əziz həmvətənlər, gəlin bu günlərdə Mübariz qardaşımıza olan hörmətimizi, sevgimizi bildirməkdən usanmayaq.

Bütün sənət nümayəndələrini, ictimai şəxsləri - hər kəsi Mübariz Mənsimova dəstək olmağa çağırıram. Nədənsə, kimdənsə qorxmaq lazım deyil. Mübariz olaq. Allah özü kömək olsun”.

Digər Xəbərlər
Xəbər Lenti