Azərbaycanda "Pro" almaq mümkün olmayacaq – BİR MÜDDƏT

30 Mart 2020 12:30 Azərbaycan Futbolu 779
Azərbaycanda "Pro" almaq mümkün olmayacaq – BİR MÜDDƏT

UEFA-nın «Pro» kateqoriyalı kursları Azərbaycanda təxirə salınıb.

Sportinfo.az-ın məlumatına görə, AFFA kronavirus pandemiyasının elan olunması səbəbindən bu addımı atıb.

Odur ki, yayın ortasında başlamalı olan kurslar minimum 3 aylıq ertələnib.

Düzdür, xüsusi karantin rejimi.aprelin 20-dək qüvvədədir, lakin bu müddət yenə uzadıla bilər. Federasiya məhz bunu nəzərə alıb. Mümkündür ki, Nazirlər Kabineti xəstəliklə mücadilənin vaxtını bir qədər də vaxta çəksin.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!