Müxalifətçi Elxan Məmmədov öz rəhbərini hədəfə gətirir

14 Fevral 2020 14:22 Azərbaycan Futbolu 872
Müxalifətçi Elxan Məmmədov öz rəhbərini hədəfə gətirir

Bu açıqlama siyasi naşılığın nümunəsidi. Deyəsən, insanların vəzifəsi artdıqca bəzən qəlibə sığmırlar, kreslonun verdiyi özgüvən içəridəki niyyətlər üzə çıxarır və özlərini “buraxırlar”. Bəlkə də səmimilik nümunəsi kimi görünür, amma unutmaq olmaz ki, komik səhnənin ssenaristi də özüdü.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun son hərəkəti həm də iki naziri gözdənsalma cəhdinə bənzəyir. Bəlkə bilməyərək, bəlkə qəsdən edilmiş hərəkətdi – onu daha özü bilər.

Xəbəriniz var, Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbiri keçirilib. Tədbirdə son illərdə ölkəmizdə baş tutan böyük idman yarışlarından söz açılıb. Yarışda AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov da çıxış edib.

O, tədbirdə çıxışına başlamazdan öncə azarkeşlərə sual ünvanlayıb. Məmmədov “Formula 1” və AÇ-2020-nin oxşar cəhəti nədir” sualına düzgün cavab verənə qitə birinciliyinin final mərhələsinə 2 bilet vəd edib. Sualın doğru cavabı isə “heç birində Azərbaycan təmsilçisi yoxdur” olub, qaliblər mükafatlanıb.

Əyləncə tipli məntiq sualıdı. Lakin daha çox məntiqsizlik var. Hər iki yarışın təşkilatçılığını edirik və heç birində təmsilçimiz yoxdu. Məmmədov bu sual-cavabla həm düşündürür, həm də “böyüklərini” tənqid hədəfinə gətirir.

Bu, daha çox müxalifətçi, narazı birinin qabartdığı məsələyə oxşayır. Məqsəd hədəfə gətirmək, tənqid etdirməkdi. Elxan bəy yəqin ki, bunun marağındadı.

“Formula 1”-lə bağlı irad-xatırlatma bir o qədər tutarlı deyil. Bu bahalı yarışa qatılmaq, orada təmsilçisi olmaq bir çox dünya nəhənginə qismət deyil, o ki qaldı Azərbaycan ola. Ona görə də Azad Rəhimovun yanaqları qızarsa da, onu ittiham etmək olmur.

Amma Rövnəq Abdullayevi tənqid etməyə əsas var. Çünki AÇ-2020-yə vəsiqə qazanmaq şansı daha real idi, milli komandamız isə seçmə mərhələdə cəmi 1 xal qazandı. İcraçı vitse-prezident bunu gündəmə gətirməklə öz rəhbərini “vurur”.

Şən və hazırcavab Məmmədovun auditoriyaya verdiyi sual təkcə əyləncə mövzusu deyil, həm də millətlə əylənməkdi. O, bərbad günə qoyduğu futbol təsərrüfatındakı çatışmazlığı gündəmə gətirərək, azarkeşlərlə məzələnir. Avropa çempionatında olmaq üçün işləmək lazım idi, vəzifəsi birbaşa bu olan Məmmədovsa bunu bacarmayıb. İndi öz qüsuruylamı fəxr edir? (futbolinfo)

Bu, ya siyasi savadsızlıq, ya da hər iki yarışa milyonlar xərcləyən dövlətə müxalifətçilik etməkdi. Sizcə hansıdı? Düzgün cavab tapana “Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununa 2 bilet məndən…

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"