AFFA-dan "Xəzər Lənkəran"la əlaqəli SON QƏRAR

11 Fevral 2020 15:58 Azərbaycan Futbolu 1 558
AFFA-dan "Xəzər Lənkəran"la əlaqəli SON QƏRAR

AFFA İntizam Komitəsi U-17 və və U-16 liqasında çıxış edən iki komandanı cəzalandırıb.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, U-17 Liqasında keçirilməli olan “Səbail” – “Xəzər Lənkəran” oyunu qonaq komandanın təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb.

Buna görə də Lənkəran təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. U-16 Liqasının “Xilə” – “Zirə” oyununda isə meydan sahibləri eyni səbəbdən oxşar cəzaya məruz qalıb.

Region Liqasında keçirilən “Neftçala” - “Ərkivan” oyununda isə “Neftçala” komandasının heyətində protokolda adı qeyd edilməyən Sehran Babayevin oynamasına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"