"Neftçi" "Sumqayıt"a, "Keşlə" "Qarabağ"a uduzdu - YENİLƏNİB

16 Dekabr 2019 21:57 Azərbaycan Futbolu 1 330
"Neftçi" "Sumqayıt"a, "Keşlə" "Qarabağ"a uduzdu - YENİLƏNİB

Futbol üzrə Azərbaycan kubokunda bu gün keçiriləcək 2 qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Bu oyun sonra, saat 20-00-da isə “Qarabağ” - "Keşlə" görüşü başlayıb. Qarşılaşma Ağdam klubunun minimal hesablı qələbə ilə başa çatıb.

Xatırladaq ki, ötən gün keçirilən oyunlarda “Qəbələ” öz meydanında “Sabah”a 3:0 hesabıyla qalib gəlib, “Səbail” – “Zirə” matçı isə qolsuz yekunlaşıb.

Azərbaycan kuboku

1/4 final

16 dekabr

"Neftçi" – "Sumqayıt" - 0:1

Qol: Rəhim Sadıxov, 48.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”, 18:00

"Neftçi": 1. Səlahət Ağayev (k), 18. Tural Axundov, 6. Voyislav Stankoviç, 77. Donald Qerye, 5. Anton Krivotsyuk, 36. Mamadu Kane, 93. Soni Mustivar, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 10. Dario Frederiko, 28. Stiven Monroz

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli

Baş məşqçi: Roberto Bordin

"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 6. Vüqar Mustafayev, 46. Aleksey İsayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

Qarabağ” – “Keşlə” - 1:0

Qol: İsmayıl İbrahimli, 53

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

"Qarabağ": 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.

Baş məşqçi: Qurban Qurbanov.

"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkbər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə, 13. Pərviz Azadov.

Baş məşqçi: Tərlan Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti