"Papen hardan çıxdı?" - VİDEO

21 Noyabr 2019 14:35 Azərbaycan Futbolu 1 124
"Papen hardan çıxdı?" - VİDEO

Millimizin sabiq üzvü Yunis Hüseynov "Favorit" verilişinin qonağı olub. Sportinfo.az xəbər verir ki, hazırda AFFA-nın Texniki Direktorunun müavini işləyən veteran futbolçu maraqlı əhvalatlar danışıb.

Hüseynov "AVRO-96"nın 1995-ci ildə keçirilmiş Azərbaycan - Fransa oyununda (0:2) baş vermiş hadisəni xatırlayıb:

"O vaxt Fransanı Trabzonda qəbul edirdik. Jan Pyer Papeni tutmaq Rasim Abuşova tapşırılmışdı. Fransızlar küncdən zərbəni yerinə yetirir, mən də dirəyin yanında dayanmışam. Birdən Rasimin səsini eşitdim:

- Yunis, Papeni görmədin?

- Gördüm, bayaq avtobusdan düşürdü.

- A kişi, məzələnmə.

- Bax, indi Papen yerin altından çıxacaq və qol vuracaq.

Doğrudan da həmin anda cərimə meydançasında peyda olan Papen başla qol vurdu. Top tordan keçəndə Rasimin səsini eşitdim: "Bu Papen hardan çıxdı?"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"