Emil Balayev "Tobol"da qalacaq

14 Noyabr 2019 19:20 Azərbaycan Futbolu 832
Emil Balayev "Tobol"da qalacaq

Futbol üzrə milli komandamızın qapıçısı Emil Balayev daha bir mövsüm Qazaxıstanın "Tobol" klubunda oynayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Balayev özü sports.kz portalına açıqlamasında bildirib. Emil qeyd edib ki, onun "Tobol"la hələ 1 illik müqaviləsi qüvvədədir. "Ona görə "Tobol"da qalıram" deyə millimizin qapıçısı klubdakı gələcəyinə aydınlıq gətirib.

Emil Balayev 2019-cu ilin yanvarında "Səbail"dən "Tobol"a keçib. 25 yaşlı qapıçı ötən həftə başa çatan Qazaxıstan çempionatında mövsümün rəmzi komandasında əsas qapıçı kimi yer alıb. Onun komandası "Tobol" isə çempionatı 4-cü sırada başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"