AFFA "Qarabağ"ı cərimələdi - Həkimlərə görə

13 Noyabr 2019 13:57 Azərbaycan Futbolu 671
AFFA "Qarabağ"ı cərimələdi  - Həkimlərə görə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Səbail” oyununun 80-ci dəqiqəsində “Səbail”in futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Sabah” – “Sumqayıt” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Oyunun 59-cu dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur;

“Qarabağ” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

Tibbi xidmət oyun öncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunur;

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"