Yığmanın məşqçisinin Naxçıvanda nə işi vardı?

9 Noyabr 2019 23:00 Azərbaycan Futbolu 806
Yığmanın məşqçisinin Naxçıvanda nə işi vardı?

Bu gün Naxçıvanda "Neftçi" və "Araz Naxçıvan" veteranları arasında Bayraq Günü ilə bağlı yoldaşılıq oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, görüş gözlənildiyi kimi bərabərliklə başa çatıb - 1:1.

"Neftçi"nin heyətində Samir Əliyev, Emin Quliyev, Maşallah Əhmədov, Ramiz Məmmədov, Arif Əsədov, Fərrux İsmayılov, Hüseyn Məhəmmədov, Bəxtiyar Musayev kimi ötənlərin məşhur futbolçuları meydana çıxıb.

Digərləri ilə işimiz yox, bizi maraqlandıran Arif Əsədovdur. Necə olur ki, Premyer Liqanın qızğın vaxtında - "Neftçi" - "Keşlə", "Qəbələ" - "Səbail" kimi matçlar qala-qala, yığmanın məşqçisi durub Naxçıvana gedib? Düzdür, deyə bilərsiniz ki, artıq yığmamızın heyəti açıqlanıb. Ancaq nə fərqi, millinin məşqçisi istənilən halda çempionatın oyununda olmalı, yığmanın futbolçularını və namizədləri yaxından izləməlidir. Belə çıxır ki, ya Nikola Yurçeviç Əsədova ciddi yanaşmır, ya da Arif müəllim paytaxt ab-havasından sıxılıb, Naxçıvana təmiz hava almağa gedib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!