Azərbaycan mövsümü 27-ci pillədə bitirdi - "Qarabağ"a görə

15 Mart 13:20 Azərbaycan Futbolu 554
Azərbaycan mövsümü 27-ci pillədə bitirdi - "Qarabağ"a görə

Azərbaycan 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub.

Sportinfo.az xəbər verir ki, avrokuboklardakı son iştirakçımız “Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz dəqiqləşib.

Həmçinin sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.

UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"