3 kluba köməklik göstərməyi öz üzərinə götürdü - Federasiya

17 Yanvar 2023 14:00 Azərbaycan Futbolu 614
3 kluba köməklik göstərməyi öz üzərinə götürdü - Federasiya

Minifutbol üzrə Azərbaycan çempionatının builki qalibləri federasiya (AMF) tərəfindən mükafatlandırılacaq.

Bu barədə Sportinfo.az-a AMF-nın mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, çempion və gümüş medalçı ölkəmizi Çempionlar Liqasında təmsil edəcək, üçüncü yeri tutan komanda isə Avropa Kubokunda qüvvəsini sınayacaq:

«Birinci yeri tutan federasiyamızın hesabına Çempionlar Liqasında mübarizə aparacaq. Həmin komandanın səfər, otel və qida xərclərini biz qarşılayacağıq.

Mövsümü ikinci piilədə başa vuran klub səfərə öz hesabına yollanacaq. Federasiya onların getdikləri ölkədə otel və yemək məsrəfini ödəyəcək.

Üçüncü yerin sahibinə də köməklik göstərəcəyik. Amma bunun hansı formada olacağı hələ dəqiqləşməyib».

Digər Xəbərlər
Xəbər Lenti