NAZİR: “Neftçi” də “Qarabağ” səviyyəsinə gəlib çatsa..."

26 Dekabr 2022 09:00 Azərbaycan Futbolu 707
NAZİR: “Neftçi” də “Qarabağ” səviyyəsinə gəlib çatsa..."

“Son illərə baxsaq, ən yaxşı futbol klubu “Qarabağ”, ən yaxşı məşqçi Qurban Qurbanovdur“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Qarabağ”ın Premyer Liqada hegemonluğuna toxunan nazir “Neftçi”ni də eyni səviyyədə görmək istədiyini gizlətməyib:

“Xalq, media görür ki, nəticələr var. “Qarabağ” oynayanda görürsən ki, meydanda 4-5 azərbaycanlı futbolçu var.

Bu futbolçular da milli komandaya cəlb edilirlər. “Neftçi” də Avropa kuboklarında bəzən yaxşı oynayır. Həmişə yaxşı oynamasını istəyərdik.

“Neftçi” də “Qarabağ” səviyyəsinə gəlib çatsa, bilsək ki, hər il stabil oynayacaqlar, heyətdə daha çox azərbaycanlı olacaq, çox yaxşı olar.

Bu il “Sabah” yaxşı nəticələr göstərir. Belə klublar yaxşı oynasa, inkişaf etsələr, belə klubların hər birindən 2 futbolçunu milli komandaya cəlb edə bilsək, artıq bizim yaxşı millimiz formalaşa bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"