“Bir-iki detal var, onlar qalıb - Danışıqlar yekunlaşmaq üzrədir"

2 Dekabr 2022 17:40 Azərbaycan Futbolu 489
“Bir-iki detal var, onlar qalıb - Danışıqlar yekunlaşmaq üzrədir"

“Belə bir məsələ var, hazırda danışıqlar gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Abışov deyib.

Ötən həftə minifutbol üzrə növbəti Azərbaycan çempionatı start götürüb. Birincilikdə 17 komanda öz qüvəsini sınayır.

İkinci turun oyunları dekabrın 3-də keçiriləcək. Redaksiyamıza daxil olan məlumata görə, gələn turdan başlayaraq çempionat qarşılaşmaları efirə daşınacaq.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyası ilə “İdman”TV arasında razılıq əldə edilib. Anlaşmaya əsasən, hər turun 2-3 matçı canlı yayımlanacaq.

Press-ateşe bununla bağlı aşağıdakıları söyləyib:

“İdman”TV həm Avropa çempionatı vaxtı, həm də ondan sonra Minifutbol Federasiyasına öz dəstəyini həmişə nümayiş etdirib.

Əməkdaşlıq yüksək səviyyədədir. İstəyirik ki, turun, heç olmasa, ən maraqlı 3 oyununu canlı yayımda tamaşaçılara təqdim edək.

Danışıqlar yekunlaşmaq üzrədir. Bir-iki detal var, onlar qalıb”.

Digər Xəbərlər
Xəbər Lenti