Azərbaycan İspaniyaya uduzdu, Superfinala vəsiqə aldı

3 İyul 2022 23:00 Azərbaycan Futbolu 1 440
Azərbaycan İspaniyaya uduzdu, Superfinala vəsiqə aldı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələnin son oyununda İspaniya ilə qarşılaşan komandamız 4:6 hesabı ilə məğlub olsa da, Superfinala vəsiqə qazanıb.

Millimizin heyətində Orxan Məmmədov, Sabir Allahquliyev, Emin Mehdiyev və Comərd Baxşəliyev fərqlənib.

Superfinal 6-11 sentyabr tarixlərində İtaliyanın Alghero şəhərində keçiriləcək.

Azərbaycan seçmə mərhələnin ilk turunda İtaliyaya 3:7 hesabı ilə uduzsa da, növbəti turda Almaniyaya 6:5 qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!