"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı

26 İyun 2022 17:50 Azərbaycan Futbolu 912
"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəni dayandırdı

UEFA Region Kubokunda mübarizə aparan “Cəbrayıl” bu gün ilkin seçmə mərhələnin 2-ci qrupunda növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Şamaxı şəhər stadionunda keçirilən oyunda Belarusun “Kolos” komandası ilə qarşılaşıb. Oyun rəqibin 6:2 hesablı qəlbəsi ilə başa çatıb.

Bu komandalar arasında iyunun 24-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Belarus təmsilçisinin xeyrinə başa çatıb.

Beləliklə, Azərbaycan təmsilçisi turnirlə vidalaşıb. "Kolos" isə finala yüksəlib. Belarus klubu finalda 1-ci qrupun qalibi ilə üz-üzə gələcək. Bu ya, Gürcüstanın “Basiani”,klubu ya da Estoniya təmsilçisi “Tallinna Zapoos” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"