"Neftçi"li bu klubun iki dəfə çox maaşına "yox" dedi - BU SƏBƏBDƏN

30 May 2022 23:00 Azərbaycan Futbolu 1 729
"Neftçi"li bu klubun iki dəfə çox maaşına "yox" dedi - BU SƏBƏBDƏN

"Şamaxı"dan ayrılan, amma müqavilə ilə "Neftçi"yə məxsus olan Turan Vəlizadə qarşıdakı mövsümü "Turan Tovuz"da keçirəcək.

Baş məşqçi Ayxan Abbasovla görüşüb, razılaşan yarımmüdafiəçi onun təklifinə "hə" deyib.

"PRO" kateqoriyalı məşqçi özü də mətbuata açıqlamasın da "Neftçi"li futbolçu ilə danışıqların olduğunu təsdiqləmişdi.

Turanı heyətində görmək istəyən bir başqa klub isə "Səbail" olub. Hətta paytaxt klubu ona bölgə klubunun təklif etdiyindən iki qat yüksək maaşla müqavilə təklif edib.

Ancaq yarımmüdafiəçi Ayxan Abbasova söz verdiyini əsas gətirərək təklifdən imtina edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"