Avrokuboklardakı Azərbaycan klubları 2022/23 mövsümündə

16 May 2022 01:10 Azərbaycan Futbolu 1 591
Avrokuboklardakı Azərbaycan klubları 2022/23 mövsümündə

Azərbaycanı avrokubokların 2022/23 mövsümündə təmsil edəcək komandaların tam siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, buna Premyer Liqanın XXVII turu aydınlıq gətirib.

Konfrans Liqasına son iki vəsiqəni “Zirə” və “Qəbələ” qazanıb. Bununla da qitə miqyaslı turnirlərə yollanacaq 4 klubun hamısı dəqiqləşib.

Ölkə çempionu adını əvvəldən təmin edən “Qarabağ” bir illik fasilədən sonra yenidən Çempionlar Liqasında oynayacaq. Konfrans Liqasına vəsiqəni öncədən qazanan “Neftçi”yə isə “Zirə” və “Qəbələ” qoşulub.

2022/23 mövsümündə avrokuboklardakı Azərbaycan təmsilçiləri
Çempionlar Liqası:
“Qarabağ”
Konfrans Liqası: “Neftçi”, “Qəbələ”, “Zirə”

Xəbər Lenti