"Xəzər Lənkəran"da tanınan: "Hazırda Azərbaycan futbolundan uzağam"

24 Dekabr 2021 02:00 Azərbaycan Futbolu 1 610
"Xəzər Lənkəran"da tanınan: "Hazırda Azərbaycan futbolundan uzağam"

İndiyə qədər Azərbaycan Premyer Liqasında çıxış etmiş slovakiyalılar çox deyil.

Ölkəmizdə çıxış etmiş 4 slovakiyalıdan biri olan İvan Pyexa sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” və “Rəvan”nda çıxış etmiş slovakiyalı Millətlər Liqasının C qrupunda Slovakiyanın Azərbaycanla eyni qrupda mübarizə aparmasından danışıb.

- Hazırda nə işlə məşğulsan? Futbolçu karyeranı başa vurmusan?

- Futbolçu karyeramı başa vurmuşam. Hazırda məşqçi kimi fəaliyyət göstərirəm. Çexiyada “Aritma Praqa”nın U-12 komandasında baş məşqçiyəm.

- Slovakiya millisinin Millətlər Liqasının C qrupunda Azərbaycanla eyni qrupda mübarizə aparacağını yəqin ki, bilirsən. Səncə, püşkatma Slovakiya üçün uğurlu keçdi?
-
Öncə onu deyim ki, Slovakiyanın C divizionuna düşməsi yaxşı hal deyil. İndi isə Slovakiya qrupda Belarus, Azərbaycan, Qazaxıstan kimi komandalarla oynayacaq. Düzünü deyim ki, fanatlarımız üçün çox maraqsız qrupdu.

- Slovakiya millisinin Azərbaycanla oyunlarda qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? Bakıdakı qarşılaşmada Slovakiya Azərbaycana 5:1 hesabı ilə qalib gəlmişdi...
- Əlbəttə ki, Slovakiya Azərbaycana qalib gələ bilər. Ümidvaram ki, Slovakiya bu qrupu qalib başa vuracaq və əvvəlki kimi B divizionuna yüksələcək. Təbii ki, səfərdə çətin olacaq. Çünki hər bir komandanın keyfiyyəti var. Bakıdakı böyükhesablı qələbəmizi xatırlayıram. Slovakiya çox yaxşı oynayıb qalib gəlmişdi.

- Azərbaycan millisi haqda fikrin necədi?
- Düzünü desəm, hazırda Azərbaycan futbolundan uzağam. Hərdən-bir “Qarabağ”ın avrokuboklardakı nəticələrinə baxıram. Təbii ki, indi eyni qrupda olduğumuza görə, Azərbaycan millisi və onlarla oyunlar mənim üçün maraqlıdı. Belarus da həmçinin. Çünki orada da legioner kimi çıxış etmişəm.

- Ölkəmizdə az oynamamısan. Azərbaycan futbolundan ən çox xatırladığın nədir, kimdir?

- Futbolçuları xatırlayıram. Oyunları da xatırlayıram. Nədənsə, indi "Qarabağ"da kapitan olan Maksim Medvedevi daha yaxşı xatırlayıram. Dəfələrlə rəqib olmuşuq. Digər futbolçular da xatirimdədi. Amma daha çox Maksimi xatırlayıram.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!