"Montella kimi mütəxəssisin fikirləri və təcrübəsindən yararlanmağa çalışıram" - Füzuli Məmmədov

15 Dekabr 2021 23:40 Azərbaycan Futbolu 862
"Montella kimi mütəxəssisin fikirləri və təcrübəsindən yararlanmağa çalışıram" - Füzuli Məmmədov

"Artıq üçüncü gündü "Adana Dəmirspor"un bazasındayam".

Bunu Sportinfo.az-a açıqlamasında təcrübə keçmək üçün "Adana Dəmirspor"un bazasında olan Azərbaycanın U15 və 16 milli komandalarının yeni çalışdırıcısı Füzuli Məmmədov deyib.

Gənc mütəxəssis təcrübə keçmək üçün məhz "Adana Dəmirspor"u seçməsinə belə aydınlıq gətirib: "Səfərim PRO kurslarında oxumağımla bağlıdır. Bir həftəlik hansısa klubda təcrübə keçmək tələbi var. Mən də bura gəlməyə qərar verdim. Komandanın məşqlərində iştirak edirəm. Baş məşqçi Vinçentso Montella ilə görüşümüz oldu. Məni maraqlandıran suallara cavab tapdım. Sağ olsun görüşümüzə razılıq verdi. Onun kimi mütəxəssisin fikirləri və təcrübəsindən yararlanmağa çalışıram".

Məmmədov hələ bir neçə gün də qardaş ölkədə qalacağını sözlərinə əlavə edib: "Qarşıdakı günlər komandanın iki məşqində də iştirak edəcəm. Bundan başqa komandanın növbəti turda Alaniya səfərində oyunum izləyəcəm. Həmin qarşılaşma ilə səfəri başa vurub, Bakıya qayıdacam. Burda olduğumuz günlər ərzində öyrəndiklərimizi, yaşadıqlarımız dərs formasında PRO kursunda təqdim edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"