“Bilirəm ki, Azərbaycan klublarına Messini də təklif etsəm, götürməyəcəklər”

15 Dekabr 2021 15:00 Azərbaycan Futbolu 1 100
“Bilirəm ki, Azərbaycan klublarına Messini də təklif etsəm, götürməyəcəklər”

“Daha Azərbaycan klublarına futbolçu təklif etmək fikrim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında İsveçdə yaşayan azərbaycanlı menecer Yalçın Bağırov bildirib.

18 il öncə ölkəni tərk edən “Qarabağ”ın sabiq futbolçusu artıq Premyer Liqa təmsilçiləri ilə əlaqələrinin olmadığını söyləyib:

“Sonuncu dəfə AZAL-a Brayan Foku vermişəm. Nigeriyada dünyaya göz açan Brayanın anası afrikalı, atası honq-konqludur.

Onu "Şanxay Şenhua"dan icarəyə götürdük. 2016/2017 mövsümündə cəmi 4 oyun keçirdi. Halbuki çox yaxşı futbolçu idi və AZAL-a böyük xeyir verə bilərdi.

Amma Foku orada oynatmadılar. Mən bilmirəm, Azərbaycanda məşqçilər nəticə qazanmaq istəyir, yoxsa başqa şeylər.

Bu adamları başa düşmək çətindir. Odur ki, çox adamla əlaqə saxlamıram, klublarla iş görmürəm. Mənası nədir ki?

Bilirəm ki, onlara Messini də təklif etsəm, götürməyəcəklər. Deyəcəklər ki, yox e, taktiki sxemimizə uyğun gəlmir, bəyənmədik.

Yoxlama oyununda 3 qol vuran hücumçunu necə bəyənməmək olar? Belə deyim də, qaranlıq məqamlar çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!