Əcnəbi agent xaricə aparmaq istədiyi 2 azərbaycanlı futbolçunun ADINI AÇIQLADI

25 Noyabr 2021 17:40 Azərbaycan Futbolu 1 496
Əcnəbi agent xaricə aparmaq istədiyi 2 azərbaycanlı futbolçunun ADINI AÇIQLADI

“İki azərbaycanlı futbolçunu xaricə aparmaq istədim, alınmadı.

Daha doğrusu, məxsus olduqları klublar ilə danışıqlarımız müsbət nəticə vermədi”.

Bunu vaxtilə “Qarabağ” və “Bakı”nın futbolçusu olmuş, serbiyalı agent Boyan İliç Sportinfo.az-a müsahibəsində bilidirib.

Azərbaycana çox sayda legioner gətirmiş menecer söhbətin kimlərdən getdiyini gizlətməyib. Bunlar vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt”ın futbolçuları olub:

“Elnur Cəfərovu Serbiyaya gətirmək istəyirdim. O vaxt “Xəzər Lənkəran”da oynayırdı, gənc yaşlarında ölkənin əsas millisinə cəlb olunurdu.

Hətta yığmanızın sabiq baş məşqçisi mənə zəng vurub, Elnurla hansı klubun maraqlandığını soruşmuşdu.

Təəssüf ki, keçid baş tutmadı. Daha doğrusu, “Xəzər Lənkəran” rəhbərliyi ilə maddi şərtlərdə razılığa gələ bilmədik.

“Radniçki” (Niş) ilə “Spartak”(Subotiça) Elnurə görə müəyyən məbləğ ödəməyə hazır idi. Sadəcə, pulu bir yox, iki-üç dəfəyə köçürmək istəyidilər. “Xəzər Lənkəran” təkliflərlə razılaşmadı”.

İliç digər futbolçunun Amil Yunanov olduğunu deyib: “Amilin “Sumqayıt”da qolları sıraladığı dönəm idi.

“Radniçki” onu da heyətinə qatmaq istəyirdi. Təxminən eyni səbəbdən Yunanovun keçidini həll etmək mümkün olmamışdı.

Bilirsiz, futbolçu millidə və avrokuboklarda xüsusi göstəricilərə sahib deyilsə, onu Avropa klublarına ciddi məbləğə təklif etmək mümkün deyil.

Ona görə də ya transfer məbləğini az təklif edirlər, ya icarəyə götürmək istəyirlər, ya da sonrakı satışından pul vermək təklifini irəli sürürlər”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!