“Qarabağ”, “Neftçi” və “Sumqayıt” - Azərbaycana NƏ QƏDƏR XAL GƏTİRDİLƏR?

10 Noyabr 2021 23:20 Azərbaycan Futbolu 892
“Qarabağ”,  “Neftçi” və “Sumqayıt” - Azərbaycana NƏ QƏDƏR XAL GƏTİRDİLƏR?

Azərbaycan avrokuboklar mövsümünün 21-cisidir.

Sportinfo.az xəbər verir ki, təmsilçilərimiz cari mövsümdə UEFA reytinqi üçün 4,125 xal toplayıb.

Bunun 3,250-si “Qarabağ”ın aktivindədir. “Neftçi” ölkə reytinqinə 0,750, “Sumqayıt” isə 0,125 xal gətirib.

Azərbaycan 55 ölkədən yalnız 20-dən geri qalır. Digər 34 ölkə isə daha az xal toplayıb. Çexiya, Şotlandiya, Rusiya, Ukrayna kimi ölkələr də Azərbaycandan geridədir.

Əmsallar cədvəlinin lideri Niderlanddır. “Zanbaqlar ölkəsi”nin 10,400 xalı var.

21-ci pillə Azərbaycan üçün cədvəldəki rekordunun təkrarıdır. 2016/17 və 2017/18 mövsümlərini bu pillədə bitirən ölkəmiz bu göstəricini təkrarlamaq üçün mövqeyini qorumalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"