Azərbaycan millisi üçün Fransadan yeni tapıntı? - FOTO

18 May 2021 16:40 Azərbaycan Futbolu 3 889
Azərbaycan millisi üçün Fransadan yeni tapıntı? - FOTO

Ölkə xaricində axtarışlarını davam etdirən AFFA daha bir futbolçunu Azərbaycan millisinə dəvət etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, karyerasını Fransada davam etdirən Eldar Tağızadə əsas yığmanın formasını geyinməyə hazırlaşır.

Fransada Liqa2 təmsilçisi “Klermon” klubunun əvəzedici heyətində çıxış edən Tağızadə tezliklə yenidən ölkəmizə qayıdacaq. Əsas komandası Liqa1-ə yüksələn 18 yaşlı qolkiperin hətta qarşıdakı təlim-məşq toplanışına çağırılması da istisna edilmir.

Şahrudin Məhəmmədəliyevin zədədən əziyyət çəkməsi, ikinci qolkiper Emil Balayevin isə formadan uzaq düşməsi Tağızadənin yığmada debütünə yol açır.

2018-2019-cu illərdə U-17-yə dəvət alan Eldarın əsasən U-21 yığmamızda müntəzəm çıxışı gözlənilir.

“Neftçi”nin yetirməsi olan Eldar Tağızadə 2019-cu ilin yayında İspaniyanın “Market” klubuna, bu ilin yanvarında isə oradan “Klermon”a keçib. Onun fransızlarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. (Apasport)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"