Kubokun finalı və Premyer Liqanın 2 turunun vaxtı dəyişdirildi

4 Mart 2021 13:20 Azərbaycan Futbolu 848
Kubokun finalı və Premyer Liqanın 2 turunun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasında son iki turun və ölkə kubokunun final oyununun vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu, AFFA-nın Peşəkar Futbol Liqasına müraciəti əsasında gerçəkləşib.

Səbəb kimi Azərbaycan milli komandasının Türkiyə yığması ilə mayın 27-də səfərdə nəzərdə tutulan yoldaşlıq görüşü göstərilib.

Yığmanın mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alan PFL Premyer Liqada XXVII turu 15 maydan 14 maya, XXVIII turu 22 maydan 19 maya, Azərbaycan Kubokunun final oyununu isə 28 maydan 24 maya keçirməyi qərara alıb.

Digər Xəbərlər
Xəbər Lenti