"Elxan Məmmədov təkliflərimi dəyərləndirdi və məni direktor təyin etdi"

18 Fevral 2021 22:20 Azərbaycan Futbolu 773
"Elxan Məmmədov təkliflərimi dəyərləndirdi və məni direktor təyin etdi"

"Elxan Məmmədova öz təkliflərimi vermişdim, sonradan danışıqlarımız baş tutdu.

Ona minnətdarlığımı bildirirəm ki, təkliflərimi dəyərləndirdi və məni MFL-in direktoru təyin etdi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında MFL-ə yeni direktor təyin olunan Vuqar Nadirov deyib.

Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.

MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur. Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

"Qarabağ" və millinin sabiq hücumçusu özünün müraciətindən sonra bu təyinatın gerçəkləşdiyini bildirib:

"Müraciət öncə özümdən olmuşdu. Elxan müəllim də məni AFFA-nın idman direktoru Cahangir Həsənzadəyə yönəltdi və onunla söhbətimiz oldu.

Sonra məsləhətləşib, belə qərar verdilər. Gördülər ki, rəhbəri olduğum

“Baku Sporting”in 5 yaş qrupu üzrə komandası AFFA-nın bayrağı altında keçirilən yarışlarda çıxış edir. Bundan sonra çalışacam ümidləri doğruldum".

Nadirov hər iki “cəbhə”də işinə davam edəcəyini sözlərinə əlavə edib:

"Mən həm də " Baku Sporting " klubunun rəhbəriyəm. Bundan sonra paralel olaraq hər ikisində işimi davam etdirəcəm.

Sabah keçən mövsümün çempionu kubok və medallarla təltif olunacaq. Bundan sonra yeni mövsümlə və ümumilikdə gələcək planlarla bağlı qərarlar veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti