"Qarabağ" və "Neftçi" haqda: "O, bir az futbolçuları bağışlamağı bacarmalıdır"

16 Fevral 2021 14:00 Azərbaycan Futbolu 1 031
"Qarabağ" və "Neftçi" haqda: "O, bir az futbolçuları bağışlamağı bacarmalıdır"

«Pro» kateqoriyalı mütəxəssis Ramiz Məmmədov Premyer Liqanın 15-ci turunu Sportinfo.az üçün dəyərləndirib.

"Sumqayıt" - "Səbail"

"Səbail" səfərdə "Sumqayıt"a qarşı zəif çıxış etdi. Belə başa düşürəm ki, kubokdakı nəticə bu oyuna təsir etmişdi. Qonaq komanda ruhdan düşmüş kimi görünürdü. Sanki futbolçuları xahiş-minnətlə meydana çıxarmışdılar. Müdafiə xətti, xətlər arasında anlaşılmazlıq, top saxlamaq çox zəif idi. "Sumqayıt" daha istəkli görünürdü. Əllərinə düşən qol imkanlarından yararlandılar və haqlı qələbə qazandılar.

"Qarabağ" - "Neftçi"

"Qarabağ" - "Neftçi" oyununda hakim 4 qırmızı vərəqə göstərməklə qətiyyətini göstərdi. Elçin Məsiyevin qərarları xoşagələndir. Bir tövsiyəm olacaq ona. Qırmızı vərəqələrlə belə derbinin sürətini aşağı salmaq lazım deyil. Məsələn, Vojislav Stankoviçin epizodunda ikinci «sarı»nı veməmək olardı. Həmçinin Kevin Medinanın kəllə ilə vurduğu Mamadu Kaneyə də ikinci «sarı»nı göstərməmək mümkün idi. Sanki hakim bir qədər hissə qapıldı. Ekroan qarşısında əyləşən azarkeşlər bu kimi amillərə görə oyundan zövq ala bilmədi. Elçin gələcək üçün bunları nəzərdə saxlasa, yaxşı olar. O, bir az da futbolçuları bağışlamağı bacarmalı, sərt oyunlba kobudluğu bir-birindən ayırmalıdır. "Neftçi" bu qalibiyyətlə göstərdi ki, bütün komandalara qarşı oynamaq olar. Sadəcə strategiyanı düzgün seçmək lazımdır. Rəqibi düzgün analiz etmək lazımdır. Məncə, Samir Abasov düzgün strategiya seçmişdi. Müdafiə olunaraq əks-hücumlarla "Qarabağ"ın əsəbləriylə oynadı və sonda istəyinə çatdı. Doğru straategiya həmişə insanı, komandanı uğura aparır.

"Qəbalə" - "keşlə"

Sənan Qurbanovun «Keşlə»də ilk çempionat oyunu uzun illər işlədiyi «Qəbələ»yə qarşı oldu. Demək olar ki, ağır bir imtahan verirdi. Heç bir komanda ilk 30 dəqiqədə qol vəziyyətləri ilə yadda qalmadı. Sadəcə, doğma meydan «Qəbələ»ni bir balaca üstün göstərirdi. «Keşlə» də istəkli idi, amma real qol epizodlaarı yaratmağa çatdırmırdılar. Çox tələsirdilər. Hiss olunur ki, Sənan Qrubanov istədiyi sistemi hələ komandaya aşılaya bilməyib. Xətlərarası əlaqələrdən bunu görmək olurdu. İnanıram ki, yaxın gələcəkdə problemin öhdəsindən gələrlər. Əvvələ də demişəm, yenə o fikirdəyəm ki, bu gün «Qəbələ»də təcrübəli və lider futbolçular az olsa da, komanda öz oyun intizamı ilə seçilir, əzmkarlıq göstərir. «Keşlə»ni də məhz bu nizam-intizamlı oyunun sayəsində uddular. Vurduqları ikinci qolu ayrıca qeyd etmək istərdim. Əks-hücum sürətli quruldu və gözəl alındı. Bu zaman futbolçuların fiziki hazırlığının yaxşı olması və düzgün mövqe seçimi diqqətimi çəkdi. Rauf Cabbarov əvvəldən-axıra oyunun «ip»ini öz əlində saxlaya bildi, idarəetməsi normal idi.

«Zirə» - «Sabah»

«Zirə»nin «Sabah»la qarşılaşmasının maraqlı keçəcəyini gözləyirdim. Hər halda ispaniyalı baş məşqçi bir neçə uğursuz oyundan sonra nə isə göstərməli idi. Kubokun ¼ final oyunlarına görə çempionatda yaranan fasilə imkan yaratmıışdı ki, o, komanda üzərində hökmünü artırsın, futbolçularla dil tapsın. Düzdür, kubokda «Kəpəz»ə uduzandan sonra komandanı toparlamaq çətin idi. Deyərdim ki, 20-30 faiz buna nail oldu. Digər tərəfdən, «Neftçi» ilə kubok oyunları «Zirə»nin gücünü çox aparmışdı. Ona görə də oyuna çox zəif başladılar. Rəqibi düzgün analiz etməmişdilər və oyunu yaxşı «oxumamışdılar».
Sonra özləri də gördülər ki, bu yanlışı düzəltmək, oyunu dəyişmək lazımdır. Bunu da futbolçuların fərdi bacarağı hesabına etmək mümkün idi. Ağabala Ramazanovun meydana daxil olmasından sonra sürət bir balaca artdı, komanda irəliyə atıldı və hesabı bərabərləşdirdi. «Sabah» isə sanki öz meydanında oynayırmış kimi istəkli təsir bağışlayırdı. Hər iki qolu vaxtında vurdular. Müdafiədə o uşaq səhvləri olmasaydı, 3 xalı qazanacaqdılar. Buraxdıqları hər iki qol «Zirə»yə «hədiyyə» idi. Düzdür, Davit Volkovun hesabı 1:1 etdiyi epizod barədə mətbuatda çox danışılır, amma mən düşünürəm ki, «Zirə»nin legioneri cərimə meydançası daxilində rəqib qapıçıya qarşı kobudluğa yol verməmişdi. O topu əlindən buraxmaq qapıçının öz kobud səhvi idi. «Sabah»ın Kevin Kubemba ilə yenidən önə çıxması göstərdi ki, komanda çox istəklidir və qələbəsi qaçılmazdır. Burada əsas problemi yenə müdafiə xətti yaratdı. Həmin mövqedə çıxış edənlər bir-birlərini anlamır və sığortalamırlar. «Zirə» onlardan 1 xalı «hədiyyə» kimi qəbul etdi. Deyərdim ki, «Sabah» mənasız yerdə 2 xal itirdi. Hakimliyə gəlincə, məncə, Kamal Umudluya ciddi irad tutulmamalıdır. Oyunun əvvəlində Amin Seyidovun Klesio Bauka qarşı cərimə meydançası xətti üzərində etdiyi hərəkət sərt oyun epizodu idi. Orada həqiqətən penalti yox idi. Tam əminliklə deyirəm ki, Rəşad Sadıqov rəqibi yaxşı təhlil etmiş olsaydı, 2 xalı itirməzdilər. O, bir məşqçi kimi özünün və komandasının üzərinə düşən məsuliyyəti dəyərləndirmədi. «Sabah»ın ilk dəqiqələrdən hücuma atılmasını əvvəlcədən təxmin etməliidi. İnanıram ki, Rəşad Sadıqov gələcək oyunlarda bu məqamları yadından çıxarmaz. «Zirə»nin heyəti 11-12 nəfərdən ibarət deyil. Kubok oyunlarının yorğunluğu anlaşılandır, amma qalan futbolçular ən üçündür? Onun ehtiyatda da kifayət qədər futbolçusu var və onlara şans verə btlərdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"