Avroliqaya təyinatlar

5 May 2021 18:20 Avropa Liqası 558
Avroliqaya təyinatlar

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Arsenal" - "Vilyarreal" matçı Sloveniyadan Slavko Vinçiçə həvalə olunub.

Ona Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Matey Yug yerinə yetirəcək.

"Roma" - "Mançester Yunayted" görüşü isə Almaniya Futbol Federasiyasından Felix Brixə tapşırılıb. Mark Borş, Stefan Lupp köməkçi hakimlər, Feliks Zvayer dördüncü hakim olacaq.

Mayın 6-ı keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti