"Onun getməsinə narahat deyilik, yeni istedad tapıb, ulduz edəcəyik"

31 Mart 2022 10:00 Almaniya 508
"Onun getməsinə narahat deyilik, yeni istedad tapıb, ulduz edəcəyik"

Dortmund "Borussiya"sının direktorlar şurasının sədri Hans-Yoahim Vatske hücumçu Erlinq Holandın transfer məsələsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Vatske hələ futbolçu üçün təklif almadıqlarını bildirib.

O, Holandı itirəcəklərinə görə narahat olmadıqlarını da vurğulayıb:

“Hələlik Hollandın alınması ilə bağlı bizimlə əlaqə saxlayan olmayıb. Futbolçunun özü də heç nə deməyib.

Biz dəfələrlə belə halla üzləşmişik: məsələn, Levandovski “Bavariya”ya, Obameyanq isə “Arsenal”a keçdi. Biz həmişə yeni bir ulduz yetişdiririk.

Holandın getməsinə görə də narahat deyilik. O getsə, yeni istedad tapıb onu ulduz edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti