"Neftçi" danışıqları bitirmək üzrədir, yollar ayrılır… SON DƏQİQƏ

10 Dekabr 2023 14:00 Neftçi 5 414
"Neftçi" danışıqları bitirmək üzrədir, yollar ayrılır… SON DƏQİQƏ

"Neftçi"nin qış fasiləsində yollarını ayıracağı daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

Paytaxt təmsilçisi israilli yarımmüdafiəçi Kenni Sayeflə yanaşı, Aaron Olanareni yola salacaq.

Bakılılar yayda sıralarına qatdığı nigeriyalı hücumçu ilə bu istiqamətdə danışıqları sonna çatdırmaq üzrədir. Müqaviləsi gələn ilin yayında bitəcək afrikalı legionerlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam veriləcək.

Aaron Olanare 2016-2018-ci illərdə Moskva MOİK-inin şərəfini qoruyub.

29 yaşlı mərkəz hücumçusu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.

Son 2 mövsümü “Ərzurumspor”da keçirən hücumçu Türkiyə I Liqasında 23 matçda 4 dəfə fərqlənib. Nigeriya millisində 7 oyunda 2 qol vuran Olanare “Neftçi“də cəmi 1 dəfə fərqlənb.

O, Premyer Liqanın ilk dövrəsində “Turan“la Tovuzda keçirilən səfər oyununda komandasına qələbə gətirən yeganə qolun müəllifi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"