Rövnəq Abdullayev millinin qızlarına ÇOXLU PUL VERDİ

15 Dekabr 2023 11:20 Qadın futbolu 1 915
Rövnəq Abdullayev millinin qızlarına ÇOXLU PUL VERDİ

AFFA prezidenti Rövnəq Abdullayev qadın futbolçulardan ibarət Azərbaycan millisini mükafatlandırıb.

Buna səbəb komandanın UEFA Millətlər Liqasının C Liqasında yer aldığı 3-cü qrupu lider bitirməsidir.

Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən yığma 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.

Federasiya rəhbəri bu münasibətlə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivə öz səxavətini göstərib. Milli üzvlərinin hər birinə 15 min manat civarında mükafat ödənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti