TOKİO-2020: Ümidləri öldürən atəş

1 Avqust 2021 09:42 Paris-2024 539
TOKİO-2020: Ümidləri öldürən atəş

Tokio Olimpiadasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.
Güllə atıcımız Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplaya bilib. O, 27 idmançı arasında 24-cü yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.
Lunyovun ilkin mərhələdə göstərdiyi nəticə isə onun finala vəsiqə şansını minimuma endirir.
Xatırladaq ki, Ruslan Lunyov daha əvvəl 10 metr məsafədən hədəfə atəş açmada da iştirak etmiş və 20-ci yeri tutmuşdu.

SPORTİNFO. AZ

Xəbər Lenti